“Ukraynanın silah qıtlığı problemini həll edə bilməyəcəyi halda Rusiya qoşunları fəal şəkildə irəliləməyə davam edəcək”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Mixail Podolyak “Bild”ə müsahibəsində bildirib.
“Biz müdafiədəyik və onlar (ruslar) təzyiq göstərirlər. Daha çox irəli gedirlər. Bundan əlavə, biz onların modernləşdirməyə və öz qüvvələrini səfərbər etməyə davam etdiklərini görürük”, - Podolyak bildirib.
Podolyak Rusiyanın genişmiqyaslı hücumunun olub-olmayacağından əmin olmadığını deyib:
“Lakin onlar irəliləməyə davam edəcəklər və biz silahsız vəziyyətdə onların təchizat logistikasını məhv edə bilməyəcəyik”.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl “The Washington Post” qəzetinə müsahibəsində deyib ki, ABŞ Kiyevə lazım olan hərbi yardımı göstərməsə, Ukrayna Silahlı Qüvvələri davamlı şəkildə geri çəkiləcək.
Bizim.Media