Bu ilin yay aylarında Niderland bir neçə həftə davam edəcək təlimlər üçün “Patriot” hava hücumundan müdafiə sistemini Litvada yerləşdirəcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu təlimlər NATO-nun Şərq cinahında birgə hava hücumundan müdafiə sisteminin gücləndirilməsində mühüm rol oynayacaq.
Qeyd edək ki, martın əvvəlində Litvanın keçmiş müdafiə naziri Arvidas Anuşauskas NATO missiyasının 2024-cü ildə ölkədə hava hücumundan müdafiə sistemlərinin, o cümlədən “Patriot”un rotasiya qaydasında yerləşdirilməsini təmin edəcəyini açıqlayıb.
Bizim.Media