Əfqanıstanda qadınlar xəyanətə görə daşqalaq edilərək öldürüləcək.
Bizim.Media xəbər verir ki, bunu “Taliban” hərəkatının lideri Heybətullah Axundzadə deyib.
Axundzadə qeyd edib ki, bu yolla Taliban demokratik Qərb ölkələrinin təsiri ilə mübarizə aparmağa hazırlaşır.
Hökumət qadınların daşqalaq edilməsi praktikasını bərpa etmək üçün rəsmi sərəncam verəcək.
“Biz tezliklə zina üçün cəza tətbiq edəcəyik. Biz qadınları ictimai yerlərdə şallaqlayacağıq. Onları daşqalaq edəcəyik. Bütün bunlar sizin demokratiyanıza ziddir, lakin biz bunu davam etdirəcəyik”, - deyə Axundzadə bildirib.
Bizim.Media