Moldovanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN bəyanat yayıb.
Bildirilib ki, səfir Lilian Dariusun rusiyalı diplomatın Moldovadan çıxarılmasına və Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransının sessiyasına buraxılmamasına etiraz əlaməti olaraq XİN-ə çağırılıb.
Diplomatın nəzərinə çatdırılıb ki, rəsmi Moskva cavab tədbiri olaraq Moldovanın ölkədəki səfirliyinin əməkdaşını “persona non-qrata” elan edib.
Bizim.Media