“İsrail Qəzza zolağında hərbi əməliyyatlar zamanı HƏMAS hərəkatının strateji aktivlərini ələ keçirib. Odur ki, danışıqlar zamanı bundan istifadə etmək niyyətindədir”.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu girovların ailələri ilə görüşdə deyib.
“Ələ keçirilən strateji aktivlər girovlarımızın azad edilməsi üçün daha bir açardır. Bu günə qədər 123 girov geri qaytarılıb. Digər girovların da hər birini geri qaytarmağa borcluyam.”, - deyə Netanyahu bildirib.
Bizim.Media