İsrail hərbçiləri və Baş Təhlükəsizlik Xidməti Qəzza zolağında “Əş-Şifa” tibb mərkəzinin ərazisində əməliyyat və reydləri davam etdirirlər.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Ordunun mətbuat xidməti yayıb.
Mənbə yazır ki, mərkəzdə Fələstinin HƏMAS və “İslami Cihad” radikal hərəkatları ilə əlaqəli 480-a yaxın terrorçu saxlanılıb.
İsrail Hərbi Hava Qüvvələri, eyni zamanda Fələstin anklavının şimal və mərkəzi hissəsində 65 hədəfə, o cümlədən silahlıların istifadə etdiyi tunelə hücum edib.
Bizim.Media