ABŞ-ın Luiziana ştatının Shreveport şəhərində şərab mağazası atəşə tutulub. Nəticədə 5 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.
Mənbə yazır ki, hadisə bazar günü yerli vaxtla saat 21: 00-da baş verib. Atəş mağazanın yanından keçən ağ rəngli Ford avtomobilində olan naməlum şəxslər tərəfindən açılıb.
Atışma nəticəsində 5 nəfər ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Dörd nəfər mağazanın yanında, biri içəridə olub.
Hadisə yerinə gələn polislər Ford avtomobilini axtarmağa başlayıblar.
Xatırladaq ki, bir gün əvvəl İndianapolisdəki FedEx binasında bir nəfər atəş açıb. İnsident zamanı 8 nəfər ölüb.
Bizim.Media