Rusiyada ağır yol qəzasında dörd nəfər ölüb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Rostov vilayətinin Baqayevski rayonunda qeydə alınıb.
Belə ki, Rostov-Volqodonsk magistralında “Hyundai Solaris” və “Kia Cerato” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə yerində polis əməkdaşları qəzanın baş vermə səbəblərini müəyyən etmək üçün işləyirlər.
Bizim.Media