Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin dövlət bayrağının qismən dəyişdirilməsi barədə qanun imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Ölkənin yeni bayrağında günəşin təsviri dəyişdirilib. Belə ki, əvvəl bayraqda dalğalı təsvid edilən şüalar yeni versiyada düz şəkildə çəkilib.
Layihə müəlliflərinə görə, günəş şüalarının əvvəlki nümunəsi bir çox vətəndaşa günəbaxanı xatırladır, baxmayaraq ki, bu bitki Qırğızıstanın əsas kənd təsərrüfatı məhsulu deyil. Eyni zamanda, Qırğızıstan parlamentinin deputatlarının fikrincə, düz şüalar daha realistik görünür.
Bizim.Media