Çində zəlzələ: Ölənlərin sayı 111-ə çatdı - VİDEO

Xəbər verdiyimiz kimi, yerli vaxtla gecə saat 4-də Çinin Qansu vilayətinin Cişişan rayonunda 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Bizim.Media xəbər verir ki, zəlzələ ilə əlaqədar yaradılmış qərargahın ən son açıqlamasına görə, ölənlərin sayı 111-ə yüksəlib, xəsarət alanların sayı isə 300-ə yaxındır.

Yeraltı təkanların episentrinin qonşu Çinhay vilayətinə cəmi 5 kilometr məsafədə olması səbəbindən hər iki vilayətdə dağıntı və insan itkisi qeydə alınıb. Belə ki, bu saatadək Qansu vilayətində 100 ölüm faktı qeydə alınıb, 100-dən çox xəsarət alan var. Çinhay vilayətində isə 11 ölüm, təxminən 140 yaralı var.

Çin Seysmologiya Mərkəzinin məlumatına əsasən, zəlzələnin episentri Yer səthindən 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ barədə məlumat daxil olduqdan sonra dərhal hadisə yerinə xilasedicilər, tibbi yardım briqadaları, yanğınsöndürənlər, polislər cəlb olunub. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir. Ölü və yaralı sayının artma ehtimalı böyükdür.

Çinin Dövlət Şurası (Nazirlər Kabineti) təbii fəlakətlə əlaqədar 2-ci dərəcəli fövqəladə reaksiya elan edib. Fövqəladə Hallar Nazirliyi zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bölgəyə əlavə qüvvələr səfərbər edib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin insan itkisinin artmaması üçün axtarış-xilasetmə işlərinin sürətlə və dəqiqliklə aparılmasına göstəriş verib. Qansu vilayətində axtarış-xilasetmə işlərinə 600-ə yaxın canlı qüvvə, 100-ə yaxın texnika, habelə xüsusi təlim keçmiş itlər cəlb olunub.

Bu günlərdə havanın temperaturunun normadan aşağı olması, üstəlik zəlzələ baş verən bölgənin dəniz səviyyəsindən təxminən 2 min metr yüksəklikdə yerləşməsi səbəbindən bölgədə şaxtalı hava hökm sürür. Belə ki, temperaturun mənfi 16 dərəcəyədək düşməsi həm axtarış-xilasetmə işlərinə öz təsirini göstərir, həm də evləri dağılanların qısa zamanda isti yerlərdə yerləşdirilməsi məsələsini aktual edib. Təbii fəlakətdən zərər çəkənlər üçün təcili çadırlar qurulub, onlar isti geyimlərlə təchiz olunur.

Zəlzələ qonşi Çinhay vilayətinin inzibati mərkəzi olan Sinin şəhərində və Haydon şəhərində də hiss olunub. Bu şəhərlərdə bəzi tikililərə ziyan dəyib, binaların divarlarında çatlar əmələ gəlib. Zəlzələnin təsirli olduğu bölgədən keçən dəmir yolunda qatarların hərəkəti dayandırılıb. Bölgədə bütün dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Zabrat-Maştağa yolu bağlandı

Zabrat-Maştağa yolu bağlandı

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

Pakistanda güclü zəlzələ olub

Pakistanda güclü zəlzələ olub

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Azərbaycanda avtomobil istehsalının həcmi 300 milyon manata yaxınlaşıb

Azərbaycanda avtomobil istehsalının həcmi 300 milyon manata yaxınlaşıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

Yumurta alarkən bu məqama DİQQƏT edin

Yumurta alarkən bu məqama DİQQƏT edin

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Qazın qiyməti ucuzlaşdı

Qazın qiyməti ucuzlaşdı

Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək

Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək

Zelenski yola salınır - Artıq yeni namizədlər bəllidir – ADLAR

Zelenski yola salınır - Artıq yeni namizədlər bəllidir – ADLAR

Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib

Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib

End of content

No more pages to load

RADİO