ABŞ Senatında Ukraynaya yardımla bağlı gizli brifinq uğursuzluqla nəticələnib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya xarici mətbuatda yer alıb.
Mənbə yazır ki, gizli brifinq demokratlar tərəfindən təşkil edilib. Onlar senatorlara Kiyevə yeni yardımın vacibliyini inandırmağa çalışıblar. Lakin respublikaçılar onları dinləmək belə istəməyiblər.
“Respublikaçılar sadəcə olaraq brifinqdən çıxdılar, çünki oradakı insanlar razılaşma əldə edilməsini müzakirə etmək istəmirdilər. Oturub İsrailə və Ukraynaya kömək etməyin vacibliyi haqqında danışanları dinləmək üçün heç bir səbəb yox idi”, - respublikaçı senator Mitt Romni deyib.
ABC News yazır ki, Senatda Respublikaçı Azlıqların lideri Mitç Makkonnell Ukrayna və İsrailə əlavə yardımın əleyhinə səs verəcəyini deyib.

Bizim.Media