Slovakiya Ukraynaya hərbi yardım etməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna hökumət başçısı Denis Şmıqal ilə danışığı zamanı deyib.
O bildirib ki, ölkəsi Ukraynadakı münaqişənin hərbi yolla həllinə inanmır, çünki bu, sadəcə nəticəsiz qan tökülməsinə gətirib çıxarır.
"Avropa İttifaqı silah tədarükçüsündən sülhməramlıya çevrilməlidir” - siyasətçi əlavə edib.
Buna baxmayaraq, Slovakiyanın baş naziri bildirib ki, ölkə minalardan təmizlənməsində Kiyevə kömək etməyə hazırdır.
Bizim.Media