Daha 130 Türkiyə vətəndaşı bu gecə Qəzza zolağından evlərinə qayıdıb.
Bizim.Media TRT Haber telekanalına istinadla xəbər verir ki, Türk Hava Yollarına məxsus təyyarə yerli vaxtla saat 02:30-da Qahirədən İstanbula çatıb.
Türkiyəyə gələnlərin əksəriyyətini yaşlılar, qadınlar, uşaqlar və tibbi yardıma ehtiyacı olanlar təşkil edir.
Türkiyə hakimiyyət orqanlarının məlumatına görə, minə yaxın vətəndaşının Qəzzadan çıxarılması, eləcə də Fələstin sakinlərinin müalicəsi Misir və İsraillə koordinasiyalı şəkildə həyata keçirilir.
Bizim.Media