Almaniya “Qazprom”a Baltik dənizindəki NATO sualtı qayıqları haqqında məxfi məlumatlar ötürüb.
Bizim.Media xəbər verir ki, bu iddia “Polşa Radiosu”nda yayılıb.
Belə ki, Rusiyadan Almaniyaya uzanan “Şimal axını 2” qaz kəməri ilə bağlı işlər zamanı alman rəsmilərinin “Qazprom”a Baltik dənizindəki NATO sualtı qayıqları haqqında məxfi məlumatları təqdim etdiyi iddia edilir.
Bu məlumatların "Qazprom"a nə üçün lazım olduğu isə açıqlanmayıb.
Bizim.Media