İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının 800-dən çox yeraltı tunelini aşkarlayıb və onlardan 500-ə yaxınını müxtəlif vasitələrlə məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti qeyd edib ki, tunel şaxtaları yaşayış massivlərində, məktəb, uşaq bağçası, məscid və uşaq meydançaları kimi mülki bina və tikililərin yaxınlığında yerləşib.
Bizim.Media