Filippində baş verən zəlzələdən sonra Yaponiyada sunami təhlükəsi yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, sunami təhlükəsi və sahilyanı evakuasiya ilə bağlı xəbərdarlıqlara Okinava prefekturasındakı Miyako adaları, həmçinin Kyushunun cənub-şərq sahili, Şikoku Sakit okean sahili və Yaponiyanın əsas adası Honsyu daxildir.
Qeyd edək ki, bu gün Filippin sahillərində 7,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media