ABŞ-ın keçmiş prezidenti Donald Trampın toxunulmazlığı ləğv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat verib.
Belə ki, Vaşinqton Apellyasiya Məhkəməsi Donald Trampı Kapitoliyə hücum işi ilə bağlı toxunulmazlıq hüququndan məhrum edib.
Qeyd edək ki, 2021-ci il yanvarın 6-da Trampın tərəfdarları Kapitoliyə hücum edərək Konqresin işini bir neçə saatlıq dayandırmışdılar.
Bizim.Media