Oktyabrın 7-dən bu günədək BMT-nin 111 əməkdaşı Qəzza zolağında öldürülüb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş məlumat verib.
“Böyük kədər hissi ilə bildirirəm ki, hərbi əməliyyatlar başlayandan bəri bizim BMT ailəmizin 111 üzvü Qəzzada öldürülüb. Mülki əhali, o cümlədən BMT-nin əməkdaşları qorunmalıdır. BMT obyektlərinə zərbə endirməməlidir", - deyə Qeterreş qeyd edib.
Bizim.Media