ABŞ Prezidenti Cozef Bayden yüksək səviyyəli həftə çərçivəsində Baş Assambleyada çıxış edəcəyi BMT-nin mənzil-qərargahına gedib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Bayden jurnalistlərin suallarını cavablamaqdan imtina edib.
Qeyd edilib ki, Bayden Baş Assambleyanın sədri Dennis Frensis, BMT-nin Baş katibi Antonio Quterreş və Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Karlodan sonra çıxış edəcək.
Bizim.Media