Rusiya ötən gecə Ukraynaya 30 kamikadze dronu və 1 İskəndər-M ballistik raketi ilə hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Hava Hücumundan Müdafiə (HHM) qüvvələri məlumat yayıb.
Bildirilib ki, HHM tərəfindən ölkənin cənub-şərqi istiqamətindən atılmış "Şahed - 136/131" tipli 27 dron və bir əməliyyat-taktiki səviyyəli kəşfiyyat PUA-sı zərərsizləşdirilib.
İskəndər-M raketinin isə Krım ərazisindən Krivoy Roq istiqamətində atıldığı qeyd olunub.
Bizim.Media