Şimali Koreya Pxenyan yaxınlığındakı Sunan bölgəsindən Yapon dənizinə doğru iki qısamənzilli ballistik raket atıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb.
Bildirilib ki, 360 km mənzilli mərmilər Yapon dənizinə düşüb. Raketlər yerli vaxtla saat 23:40-23:50 (Bakı vaxtı ilə saat 18:40-18:50) arasında buraxılıb.
Bizim.Media