Ukraynanın xarici işlər naziri Dmıtro Kuleba NATO-nun Baş katibi Yens Stoltenberq ilə Ukraynanın Alyansa gedən yolda gələcək addımlarını, uyğunlaşdırılmış illik milli proqramı və Ukrayna-NATO Şurasının tam şəkildə yerləşdirilməsini müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə XİN başçısı özünün “Twitter” (hazırki “X”) hesabında bildirib.
“Yens Stoltenberqlə Ukraynanın NATO-ya doğru növbəti addımları barədə danışdım. Danışıq zamanı Ukrayna-NATO Şurasının tam şəkildə yerləşdirilməsini müzakirə etdik. Mən həmçinin Baş katibə Ukraynanın ilk Müdafiə Sənayesi Forumuna hazırlığı barədə bilgiləndirib”, - deyə Kuleba qeyd edib.
Bizim.Media