Dünyanın ən böyük təyyarədaşıyan gəmisi hesab edilən “USS Gerald R. Ford” Türkiyənin Antalya şəhərinə gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Antalya limanının rəhbəri Özgüt Sərt yayıb.
Onun sözlərinə görə, ABŞ-ın “üzən qala”sının Türkiyə sahillərində görünməsi ölkə iqtisadiyyatına böyük töhfə verəcək.
Xatırladaq ki, “Gerald R. Ford”un göyərtəsində 4,5 min ekipaj üzvü var.
Bizim.Media