“Əl-Qaidə” terror təşkilatının keçmiş rəhbəri Usamə Bin Ladenin qatili Ceyms O’Nil Texasda əlbəyaxa davaya görə həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı xarici KİV-lər yayıb.
Mənbə yazır ki, dəniz piyadasının keçmiş əməkdaşı əvvəllər maska taxmaqdan imtina etdiyi üçün Delta Hava Yollarına məxsus təyyarədən endirilmişdi.
İndi isə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb. O'Nil sonradan zaminə buraxılıb.
Xatırladaq ki, O'Nil 2011-ci ildə Pakistanda “Əl-Qaidə”nin keçmiş başçısını öldürüb. Usamə bin Laden həyat yoldaşı və oğlu ilə birlikdə gizlənibmiş.
Bizim.Media