Macarıstan gələn ilin sonuna kimi Avrozonaya qoşulmağa hazır olacaq.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Maliyyə Şurasının rəhbəri Arpad Kovaç bildirib.
“Macarıstan 2024-cü ilin sonuna kimi Maastrixt kriteriyalarına cavab verə biləcək”, - o, Ticarət və Sənaye Palatasında çıxışı zamanı deyib.
Kovaçın sözlərinə görə, bu meyarlar 1992-ci il Avropa İttifaqı haqqında Müqavilə ilə müəyyən edilib, onlar ölkənin avrozonaya daxil olması üçün zəruri olan maliyyə və iqtisadi göstəricilərini tənzimləyir.
Xatırladaq ki, Avrozona ərazisində avro əsas dövlət valyutasıdır, buraya Avropanın on yeddi ölkəsi daxildir.
Bizim.Media