Danimarka qanunvericilik səviyyəsində “Qurani-Kərim”in yandırılmasını qadağan edir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Peter Hummelqaard məlumat verib.
Nazir bildirib ki, qanun layihəsi ictimai yerlərdə yandırma və digər təhqir etmə növləri ilə bağlı hərəkətlərə şamil ediləcək:
“Qanun layihəsində, misal üçün Qurani-Kərim”, “İncil” və ya “Tövrat”ın ictimai yerlərdə yandırılmasına görə məsuliyyət nəzərdə tutulub. Mən prinsipial olaraq, hesab edirəm ki, əşyaların yandırılmasından fərqli olaraq, fikirlərin ifadə edilməsinin daha sivil üsulları mövcuddur”.
Məlumata görə, hökumət belə qadağanın söz azadlığını pozduğunu bildirən ölkənin bəzi müxalifət partiyalarının etirazlarını qəbul etməyib.
Bizim.Media