Danimarkanın Ankaradakı müvəqqəti işlər vəkili yenə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, ona Quranın təhqir edilməsi üzrə davam edən aksiyalara görə etiraz edilib.
Bildirilib ki, Quranın yandırılması aksiyalarının davam etməsi ilə əlaqədar Danimarkanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili altıncı dəfə Xarici İşlər Nazirliyinə çağırılıb və bu çirkin hərəkətlər pislənilib.
Qeyd edək ki, Danimarkalı diplomat son 7 gündə 6-cı dəfədir XİN-ə çağırılır.
Bizim.Media