Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Baş katibi Antoniu Quterreş ilə görüşüb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, görüş Cənubi Afrikada keçirilən BRİKS sammiti çərçivəsində baş tutub.
Görüş zamanı tərəflər “taxıl sazişi” məsələsinə də toxunublar.
Lavrov rəsmi Moskvanın “taxıl sazişi”ndə iştirakına yalnız Rusiya tərəfi qarşısında götürülən bütün öhdəliklər faktiki olaraq yerinə yetirildiyi təqdirdə razı olacağını bildirib.
Bizim.Media