Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Rusiyanın Soçi şəhərinə gedəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi diplomatik mənbələrə istinadən yayıb.
Mənbə qeyd edir ki, səfər çərçivəsində Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tutacaq.
Liderlər əsasən “Taxıl sazişi”nin bərpasını müzakirə edəcəklər.
Bizim.Media