Qarabağ separatçılarının "lideri" Arayik Arutyunyan dünən “təhlükəsizlik şurası”nın iclasında Ağdam-Xankəndi yolunun açıldığını elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.
Mənbə qeyd edir ki, görüşdə keçmiş “Təhlükəsizlik Şurasının katibi” Samvel Babayan da iştirak edib.
Nəşr bildirir ki, qanunsuz rejimin rəhbəri bu məsələni müzakirəyə çıxarmayıb, fakt kimi təqdim edib.
Arayık vurğulayıb ki, bu yolla tikinti materialları, dizel yanacağı, dərmanlar gətiriləcək, ərzaq isə Rusiya sülhməramlıları vasitəsilə "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçəcək.
Arutyunyan bildirib ki, növbəti mərhələdə qaz və elektrik təchizatı məsələsi də müzakirə ediləcək:
"Bu da Azərbaycan tərəfindən həyata keçiriləcək".
Bizim.Media