ABŞ Niderlandın "F-16" döyüş təyyarələrini Ukraynaya təhvil verməsini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Niderland Müdafiə Nazirliyi məlumat yayıb.
Ölkənin müdafiə naziri Kajsa Ollongren çatdırılma təsdiqini "X" sosial media platforması vasitəsilə açıqlayıb.
Qeyd dək ki, Ukraynaya "F-16"ların tədarükü üçün Niderland və Danimarka başda olmaqla digər ölkələr may ayında bu döyüş təyyarələrini idarə etmək üçün ukraynalı pilotlara təlim keçmək barədə razılığa gəliblər.
Bizim.Media