Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev yaxınlığındakı ofisində yanğın qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko bildirib.
O bildirib ki, hadisə Məhkəmə Ekspertizası Mərkəzinin anbarında baş verib.
Yanğına səbəb bina yaxınlığında baş vermiş partlayış olub. Hadisə yerində Milli Polisin müstəntiqləri və kriminalistlər işləyir.
Bizim.Media