Qırğızıstanın Prezidenti Sadır Japarov Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfər edəcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, avqustun 20-də baş tutacaq səfər çərçivəsində Japarov, milli bayram münasibətilə keçiriləcək tədbirlərdə və avqustun 19-dan 29-dək atletika üzrə dünya çempionatında iştirak edəcək.
Bizim.Media