Kolumbiyada 6,1 və 5,6 bal gücündə iki zəlzələ baş verib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, ilk 6,1 ballıq yeraltı təkanlar El Kalvaria qəsəbəsi yaxınlığında meydana gəlib.
Bundan 13 dəqiqə sonra isə ölkənin Villavicencio şəhəri yaxınlığında 5,6 bal gücündə ikinci zəlzələ baş verib. Paytaxt Boqotada da hiss edilən zəlzələ əhali arasında panika yaradıb.
Bizim.Media