Rusiya Prezidenti Vladimir Putin və İran lideri İbrahim Rəisi arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Putin avqustun 13-də Şiraz məscidində baş vermiş terror aktı ilə bağlı Rəisiyə başsağlığı verib.
Tərəflər həmçinin ticarət, nəqliyyat və logistika və enerji sahələrində ikitərəfli əlaqələri daha da inkişaf etdirməyin yollarını müzakirə ediblər.
Bizim.Media