Rusiyanın Vladimir şəhərində restoranların birində 17 nəfər şaurmadan zəhərlənib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un Vladimir vilayəti üzrə departamenti məlumat yayıb.
Məlumata görə, 17 nəfərdə kəskin bağırsaq infeksiyası faktı ilə bağlı sanitar-epidemioloji araşdırmaya başlanılıb.
Zəhərlənmə faktları ilə bağlı Vladimir vilayətinin prokurorluğu digər iaşə obyektlərində də yoxlamalar təşkil edib.
Bizim.Media