Rusiyanın paytaxtı Moskva şəhərinin Basman rayon məhkəməsi Mahaçqalada baş vermiş partlayışla bağlı təqsirləndirilən Eldar Nəsrulayev barəsində həbs qərarı verib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirlib ki, Nəsrulayev bu gün Moskvaya gətirilib və iki ay müddətinə istintaq təcridxanasına göndərilib.
Təqsirləndirilən şəxs barəsində oktyabrın 14-dək həbs qətimkan tədbiri seçilib. Onu 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xatırladaq ki, avqustun 15-də Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verməsi nəticəsində 35 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Bizim.Media