Qurani-Kərimi yandırdığına görə saxlanılan Nikita Juravelin Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu tərəfindən döyülüb.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, bu iddia ilə Nikita Juravelin çıxış edib.
O bildirib ki, hadisə Qroznıdakı istintaq təcridxanasında baş verib.
Qeyd edək ki, Rusiya İnsan Hüquqları üzrə Müvəkkili Çeçenistan ombudsmanı Mansur Soltayeva 19 yaşlı şübhəlinin ifadəsindən sonra yoxlama aparmağı tapşırıb.
Bizim.Media