Rusiya Ukraynanın qərbində yerləşən Lutsk şəhərini raketlə atəşə tutub.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, Rusiya raketlərindən biri İsveçin podşipnik (yastıq) istehsal edən SKF şirkətinin fabrikinə düşüb.
Hadisə nəticəsində fabrikin 3 işçisi ölüb. Şirkətin nümayəndəsi Karl Bernstam məlumatı təsdiq edib.
Qeyd edək ki, SKF dünyanın ən böyük sənaye podşipnikləri istehsalçısıdır. Ukraynadakı şirkətdə 1100-ə yaxın işçi çalışır.
Bizim.Media