Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviyaya Dəstək Missiyası Liviyanın paytaxtı Tripolidə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalara son qoymağa çağırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, dünən gecədən etibarən Tripolidəki qarşıdurmalar və onların mülki şəxslərə təsirlərinin narahatlıqla izlənildiyi bildirilib.
"Zorakılıq münaqişələrin həlli vasitəsi kimi qəbul edilə bilməz. Bütün tərəflər təhlükəsizlik sahəsində bu illər ərzində əldə edilmiş nailiyyətləri qəbul etməli və münaqişələri dialoq yolu ilə həll etməlidir", -deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, bu gün Tripolidə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Bizim.Media