Gürcüstanın Şovi kurortu ərazisində torpaq sürüşməsi nəticəsində itkin düşmüş şəxslərin axtarışları davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, avqustun 15-də günün ikinci yarısında daha bir nəfərin cəsədi torpaq altından çıxarılıb. Bununla da torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
Daha 7 nəfər itkin düşmüş şəxsin axtarışı isə davam etdirilir. Nazirlikdən verilən məlumata görə, ümumilikdə fəlakətin episentrindəki torpaq kütləsinin 90 faizi artıq yoxlanılıb - 18 yerdə isə axtarış işləri davam etdirilir.
Bizim.Media