Ukrayna Xarici İşlər Nazirliyi Kiyevin Rusiyaya ərazi güzəştləri müqabilində Şimali Atlantika Alyansına üzvlüyünün müzakirəsi təkliflərini rədd edib.
Bizim.Media xəbər verir ki, nazirliyin mövqeyini Facebook-da Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko dərc edib.
“Biz həmişə ondan çıxış etmişik ki, alyans, Ukrayna kimi, əraziləri ilə alver etmir. NATO rəsmilərinin Ukraynanın öz ərazilərindən imtina etməsi ehtimalı ilə bağlı gəzən “rəvayətin” formalaşmasında şüurlu və ya şüursuz iştirakı Rusiyanın əlindədir”, - deyə o vurğulayıb.
Bizim.Media