Liviyanın paytaxtı Tripolidə silahlı toqquşmaların baş verdiyi ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökuməti qərar qəbul edib.
"Biz toqquşmaların olduğu ərazilərdə fövqəladə vəziyyət elan edirik və tibb işçilərinin çıxışını təmin etmək üçün atəşkəsə çağırırıq", - qərarda qeyd edilib.
Bizim.Media