Polşa İsveçdən uzaqdan radarları aşkarlayan "Saab 340 AEW" təyyarələri alıb.
Bizim.Media xəbər verir ki, bu fikirləri Polşa Silah Agentliyinin sözçüsü Qjeqoj Polyak "PAP" nəşrinə bildirib.
“Bundan əlavə, Bayraktar TB2 pilotsuz uçan aparatları alınıb. Yaxın gələcəkdə Silahlı Qüvvələrin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və radar kəşfiyyatı zonasını genişləndirəcək hava şarlarının tədarükü ilə bağlı müqavilənin imzalanması da planlaşdırılır", deyə Polyak əlavə edib.
O, həmçinin bildirib ki, Delfin elektron kəşfiyyat gəmisinin tikintisi ötən ay başlanıb və 2027-ci ildə Polşa Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək:
“Bu, dəniz sularında radar kəşfiyyatı apara biləcək daha bir gəmidir".
Bizim.Media