İstanbulda İŞİD terror təşkilatı üzvlərinin saxlanılması istiqamətində növbəti əməliyyat baş tutub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Türkiyə mediası yayıb.
Mənbə bildirir ki, İstanbulun Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şəhərin 11 rayonunda paralel keçirilən əməliyyat zamanı çoxlu sayda şübhəli saxlanılıb.
Xarici ölkə vətəndaşları olan bu şəxslərin İŞİD-in tərkibində silahlı münaqişələrdə iştirak etdikləri bəlli olub.
Saxlanılanların yaşadıqları ünvanlarda axtarışlar aparılıb.
Bizim.Media