ABŞ bu həftə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
“Biz Ukraynanı artilleriya və silahlarla təmin etməyə davam edirik. Bu həftənin sonunda Ukraynaya çatdırmağı planlaşdırdığımız əlavə yardımla bağlı yeni elanlarımız olacaq”, - deyə Miller bildirib.
Bizim.Media