“Rusiyanın hərbi təcavüzü böyük insan tələfatına, mülki əhalinin məcburi köçkünlüyünə və ərazilərimizin müvəqqəti işğalına səbəb olub. Bu da suverenlik üçün hələ əsas problem olaraq qalır".
Bizim.Media xəbər verir ki, bu fikirləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili Cənubi Osetiyada hərbi əməliyyatların başlanmasının 15-ci ildönümü münasibətilə yazıb.
"Hökumətimiz ölkənin ərazi bütövlüyünün bərpası və yenidən birləşməsinin dinc yoluna sadiqdir.
Biz sarsılmaz inamla hərəkət edirik. Dinc, vahid, güclü, inkişaf etmiş Gürcüstan gürcülər, osetinlər, abxazlar, bizim torpağımızda yaşayan bütün insanlar üçün ən perspektivli ölkədir. Biz bu məqsədin yaxın gələcəkdə reallaşması üçün hər şeyi edirik", - deyə o, qeyd edib.
Bizim.Media