“Hesab edirik ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, sülh sazişi əlçatandır”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dair vəziyyəti şərh edərkən deyib.
"Sülhə nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik. Biz bu ölkələrlə birbaşa əlaqə saxlamışıq", - deyə Miller vurğulayıb.
Bizim.Media