Ukrayna Rusiyanın Qara dənizdə yerləşən limanlarının akvatoriyasında gəmilərin hərəkəti üçün hərbi təhlükə elan edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Dəniz və Çay Nəqliyyatı Xidməti məlumat yayıb.
Bildirilib ki, Anapa, Novorossiysk, Gelencik, Tuapse, Soçi, Taman dəniz limanlarının akvatoriyası hərbi təhlükədədir.
Bu xəbərdarlıq avqustun 4-də verilib və ləğv olunana qədər qüvvədə qalacaq.
Bizim.Media