Rusiyada hərbi xidmətə çağırılanların xaricə getməsi qadağan olub.
Rusiya Prezident Vladimir Putin ölkəsindəki səfərbərlik prosesi və Federal Milli Qvardiya Xidməti (Rosqvardiya) ilə bağlı bir neçə qərarı təsdiqləyib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, qərarda hərbi xidmətə çağırış yaşı 27-dən 30-a qaldırılıb. Rusiyada 18-30 yaşlı vətəndaşları hərbi xidmətə çağırmaq artıq mümkündür.
Qərar 2024-cü ilin ilk ayından qüvvəyə minəcək.
Putinin təsdiq etdiyi digər qətnamələrə görə, Rusiyada hərbi xidmətə çağırılanların xaricə getməsi qadağandır.
Bundan başqa, Rusiya Fövqəladə Hallar Nazirliyi və müxtəlif təhlükəsizlik bölmələrinə pilotsuz hava nəqliyyat vasitələrini vurmaq səlahiyyəti verilib.
Bizim.Media